17
Oktyabr

17 Oktyabr

Törədilən cinayətlər

Gəncə raket hücumundan sonra

Oktyabrın 17-də gecə saat 1 radələrində döyüş bölgəsindən kənarda yerləşən Gəncə şəhərinə Ermənistan ordusu tərəfindən raket zərbələri endirilib. Yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.

İlkin məlumata görə, hadisə nəticəsində 12 nəfər həlak olub, 40-dan çox mülki şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.