Törədilən cinayətlər
Erməni terrorunun Gəncəyə vurduğu yaralar
Gecə saatlarında Ermənistan silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub. Düşmənin atdığı raketlər şəhərin müxtəlif yerlərinə düşüb.
Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış məntəqələri raket zərbələri nəticəsində tamamilə dağılıb, 12 nəfər həlak olub, 40-dan çox mülki şəxs yaralanıb. Bundan əlavə çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Düşmənin atdığı növbəti raket şəhərin Süleyman Rəhimov küçəsindəki həyətyanı sahəyə tuş gəlib. Zərbənin təsirindən yaxınlıqda yerləşən evlərdə dağıntı olub, 2 nəfər dünyasını dəyişib, bir neçə avtomobil yararsız vəziyyətə düşüb.
Araşdırma zamanı məlum olub ki, Gəncəyə atılan raketlər SCUD/Elbrus (SKAD) taktiki ballistik raketlərdir.