17
Oktyabr

17 Oktyabr

Törədilən cinayətlər

Gəncədə növbəti erməni terroru

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub.

Raket hücumu yaşayış binasında dağıntılara səbəb olub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.