28
Sentyabr

28 Sentyabr

Ukrayna Ali Radası sədrinin birinci müavini: Biz ilk gündən Azərbaycanın ərazi bütövlüyünü və onun bərpa olunmasını dəstəkləyirik

Beynəlxalq hüququn bütün tələblərinə görə dövlətin ərazi bütövlüyünün toxunulmazlığı, o cümlədən ərazi bütövlüyünün bərpası üçün hər hansı imkandan istifadə edilməsi nəzərdə tutulur. Biz ilk gündən Azərbaycanın ərazi bütövlüyünü və onun bərpa olunmasını dəstəkləyirik.

Bu sözləri Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk söyləyib.

O qeyd edib ki, rəsmi Kiyevin mövqeyi beynəlxalq hüququn...

28
Sentyabr

28 Sentyabr

Əfqanıstan Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləyib

Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda Ermənistan ilə Azərbaycan arasında davam edən toqquşmalara görə narahatlığını, bu münaqişə nəticəsində insan tələfatı və maddi itkilərlə əlaqədar təəssüfləndiyini bildirib.

Əfqanıstan xarici siyasət idarəsinin saytında dərc edilmiş sənəddə deyilir: “Dağlıq Qarabağ regionu beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan xalqının, Azərbaycan hökumətinin və dünyanın digər ölkələrinin...

28
Sentyabr

28 Sentyabr

TBMM-də təmsil olunan partiyalar Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını qınayıb

Ermənistanın Azərbaycana qarşı hərbi hücumları ilə bağlı, Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalar olaraq, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağda atəşkəsi və beynəlxalq hüququ pozaraq ağır silahlarla Azərbaycanın mülki yaşayış məntəqələrini və hərbçiləri hədəf alan hücumlarını ən sərt şəkildə qınayırıq.

Bu, Türkiyə Böyük Millət Məclisində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası,...

28
Sentyabr

28 Sentyabr

Səudiyyə Ərəbistanı: Münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməlidir

Səudiyyə Ərəbistanı hökuməti Ermənistanla Azərbaycan arasında baş verən hadisələrlə bağlı vəziyyəti böyük narahatlıqla izləyir.

Bu barədə Krallığın rəsmi SPA informasiya agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanı tərəfləri atəşi dayandırmağa və münaqişəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll etməyə çağırır.