28
Sentyabr

28 Sentyabr

Xarici ölkələr

Səudiyyə Ərəbistanı: Münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməlidir

Səudiyyə Ərəbistanı hökuməti Ermənistanla Azərbaycan arasında baş verən hadisələrlə bağlı vəziyyəti böyük narahatlıqla izləyir.

Bu barədə Krallığın rəsmi SPA informasiya agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanı tərəfləri atəşi dayandırmağa və münaqişəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll etməyə çağırır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.