28
Sentyabr

28 Sentyabr

Xarici ölkələr

Ukrayna Ali Radası sədrinin birinci müavini: Biz ilk gündən Azərbaycanın ərazi bütövlüyünü və onun bərpa olunmasını dəstəkləyirik

Beynəlxalq hüququn bütün tələblərinə görə dövlətin ərazi bütövlüyünün toxunulmazlığı, o cümlədən ərazi bütövlüyünün bərpası üçün hər hansı imkandan istifadə edilməsi nəzərdə tutulur. Biz ilk gündən Azərbaycanın ərazi bütövlüyünü və onun bərpa olunmasını dəstəkləyirik.

Bu sözləri Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk söyləyib.

O qeyd edib ki, rəsmi Kiyevin mövqeyi beynəlxalq hüququn tələblərinə, suverenlik və ədalət prinsiplərinə əsaslanır.

R.Stefançuk deyib: “Bizim ərazi bütövlüyümüz də separatizmdən əziyyət çəkir. Bu mənada biz dost Azərbaycanın bu ağrılı problemini yaxşı başa düşürük. Azərbaycan Respublikasının ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, ərazi bütövlüyünün pozulmasını və Azərbaycan torpaqlarının işğalını qətiyyətlə pisləyirik”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.