Zəfərin yolu
Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan təxminən 30 ildir işğal altında olan torpaqlarını öz imkanları və iradəsi ilə geri qaytara biləcəyini Ermənistana və bütün dünyaya nümayiş etdirdi.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Ermənistan ilə Azərbaycan arasında əldə olunan humanitar atəşkəslə bağlı açıqlamasında bildirilib.
Açıqlamada, həmçinin deyilir: “Bu müddətdə bütün dünyadan bölgədə humanitar atəşkəslə...
Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad etmək üçün böyük qəhrəmanlıq göstərərək böyük uğurlar qazanıb.
Bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında türk və ingilis dillərindəki edilən paylaşımda əksini tapıb. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərindən çəkilmiş fotonun da yer aldığı paylaşımda deyilir: “Artıq Ermənistan işğal etdiyi torpaqları əsl sahibinə qaytarmalıdır. Bu addım atılanadək azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.
Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət inkişafdır.
Bu fikir Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda yer alıb. Məlumatda bildirilib: “Ümidvarıq ki, tərəflərin razılaşdırdığı humanitar şərtlər yerinə yetiriləcək. Pakistan inanır ki, iki tərəf arasında davamlı sülhün təmin olunması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılıdır. Bu işdə Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə...