10
Oktyabr

10 Oktyabr

Xarici ölkələr

Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan işğal etdiyi torpaqları əsl sahibinə qaytarmalıdır

Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad etmək üçün böyük qəhrəmanlıq göstərərək böyük uğurlar qazanıb.

Bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında türk və ingilis dillərindəki edilən paylaşımda əksini tapıb. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərindən çəkilmiş fotonun da yer aldığı paylaşımda deyilir: “Artıq Ermənistan işğal etdiyi torpaqları əsl sahibinə qaytarmalıdır. Bu addım atılanadək azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.