08
Oktyabr

8 Oktyabr

Xarici ölkələr

Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan Dağlıq Qarabağı dərhal boşaltmalı və törətdiyi insanlıq cinayətlərinin hesabını verməlidir

Mülki əhalini hədəfə almaqla bütün dünyanın gözü qarşısında müharibə cinayəti törədən Ermənistan, bununla öz tarixinə daha bir qara ləkə yapışdırmaqdadır.

Bu ifadə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alıb. Mətində əlavə olaraq yazılır: “Ermənistan işğal etdiyi Dağlıq Qarabağı dərhal boşaltmalı və törətdiyi insanlıq cinayətlərinin hesabını verməlidir”.

Paylaşımda, həmçinin təcavüzkar Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini, mülki yaşayış məntəqələrini və infrastrukturu hədəfləyən raket zərbələrindən videogörüntülər də təqdim olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.