Xarici ölkələr
Pakistan növbəti dəfə Azərbaycana dəstəyini bildirdi
Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət inkişafdır.
Bu fikir Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda yer alıb. Məlumatda bildirilib: “Ümidvarıq ki, tərəflərin razılaşdırdığı humanitar şərtlər yerinə yetiriləcək. Pakistan inanır ki, iki tərəf arasında davamlı sülhün təmin olunması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılıdır. Bu işdə Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək”.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.