Zəfərin yolu
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası qapalı iclasda Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
Mülki şəxslərin itkisini və güc tətbiq edilməsini pisləyən BMT Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistanı Dağlıq Qarabağdakı münaqişəni dərhal dayandırmağa, gərginliyi azaltmağa və gecikmədən danışıqlara geri qayıtmağa çağırıb.
BMT Təhlükəsizlik Şurasının 5 daimi və 10 müvəqqəti üzvünün iştirak etdiyi qapalı iclasdan sonra açıqlanan birgə bəyanatda Dağlıq Qarabağda təmas xəttində baş verən...
Fransanın paytaxtı Paris şəhərində fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan torpaqlarında genişmiqyaslı hərbi əməliyyatlara başlamasını sərt şəkildə pisləyib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, fəxri millət vəkili Jan Fransua Manselin imzaladığı bəyanatda bildirilir ki, Azərbaycan öz hüquqlarını müdafiə edir və yaranmış vəziyyət beynəlxalq birliyin ətalətinin nəticəsidir: "Beynəlxalq hüquq normalarını və BMT qətnamələrini...
Təcavüzkar Ermənistan ordusu illərdən bəri Azərbaycana qarşı davam etdirdiyi hücumları sentyabrın 27-də daha da intensivləşdirərək yenidən yaşayış məskənlərini və dinc əhalini hədəf alıb. Bir ailədən ikisi uşaq olmaqla beş nəfər və ayrı-ayrı bölgələrdə çoxsaylı azərbaycanlı mülki əhali bu hücumlar nəticəsində şəhid olub və yaralanıb. Otuz ildən bəri Azərbaycan torpaqlarının iyirmi faizini işğalda saxlayan Ermənistan günahsız insanların ölümünə səbəb olur, təcavüzkar,...
Azyaşlı futbolçu Şəhriyar Qurbanovun Ermənistan ordusunun yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə əlaqədar FIFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub.
Məktubda qeyd olunub:
“Şəhriyar Qurbanov xatirəsinə
Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.
Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərindən kədərləndiyimizi çatdırır, bu çətin dövrdə sözlərimizin təsəlli...
İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhan Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumlarını sərt şəkildə pisləyən bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, Ermənistanın Azərbaycana qarşı davam edən genişmiqyaslı təxribatları və hücumları nəticəsində mülki əhalinin itkilərini şiddətlə qınayırıq. Ermənistan hökumətinin mövcud fəaliyyəti BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə görə, bütün bölgənin sabitliyini təhlükə altına almaqla bərabər, Ermənistan ilə Azərbaycan arasındakı Dağlıq...