
Zəfərin yolu
Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) İdarə Heyətinin üzvləri Ermənistanın son təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İslam Əməkdaşlıq Təşkilatına, Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin rəhbərlərinə, UNESKO-ya və digər nüfuzlu təşkilatlara ünvanlanan müraciəti qurumun sədri Firdovsi Hüseynov və idarə heyətinin üzvləri imzalayıblar.
Müraciətdə deyilir ki, sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri...
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanın işğal olunmuş rayonlarında Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsindən dərin narahatlığını ifadə edib.
Türk Akademiyası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu təsdiqləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələri əsasında, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə çağırıb.
Akademiyanın Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə...