Beynəlxalq təşkilatlar
İƏT-in Gənclər Forumu: Ermənistan hərbi təxribatlara son qoymalı, dərhal Azərbaycan ərazisindən çəkilməlidir
İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhan Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumlarını sərt şəkildə pisləyən bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, Ermənistanın Azərbaycana qarşı davam edən genişmiqyaslı təxribatları və hücumları nəticəsində mülki əhalinin itkilərini şiddətlə qınayırıq. Ermənistan hökumətinin mövcud fəaliyyəti BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə görə, bütün bölgənin sabitliyini təhlükə altına almaqla bərabər, Ermənistan ilə Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini əngəlləməyə yönəlmiş növbəti cəhd kimi qəbul edilməlidir. İslam Əməkdaşlıq Təşkilatı münaqişənin Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən qəbul olunan ərazi bütövlüyü və toxunulmazlığı, suverenliyi əsasında sülh yolu ilə həllini dəstəkləməkdə qərarlıdır.
İƏTGF-in rəhbəri qardaş Azərbaycan xalqına doğmalıq və həmrəylik göstərərək, şəhidlərə Allahdan rəhmət, ailələrinə və Azərbaycan xalqına başsağlığı, yaralılara şəfa diləyir.