30
Sentyabr

30 Sentyabr

Beynəlxalq təşkilatlar

Avrasiya Yazıçılar Birliyi: Ermənistan rəhbərliyinin təxribatçı əməllərini ən kəskin şəkildə qınayırıq

Təcavüzkar Ermənistan ordusu illərdən bəri Azərbaycana qarşı davam etdirdiyi hücumları sentyabrın 27-də daha da intensivləşdirərək yenidən yaşayış məskənlərini və dinc əhalini hədəf alıb. Bir ailədən ikisi uşaq olmaqla beş nəfər və ayrı-ayrı bölgələrdə çoxsaylı azərbaycanlı mülki əhali bu hücumlar nəticəsində şəhid olub və yaralanıb. Otuz ildən bəri Azərbaycan torpaqlarının iyirmi faizini işğalda saxlayan Ermənistan günahsız insanların ölümünə səbəb olur, təcavüzkar, cinayətkar və azğın mövqeyini daha da genişləndirir.

Bu fikirlər Avrasiya Yazıçılar Birliyinin (AYB) Ermənistanın hərbi hücumlarını dayandırmaq tələbi ilə qəbul etdiyi bəyanatda əksini tapıb. AYİB-in sədri, yazıçı-publisist Yaqub Öməroğlunun imzası ilə yayılan bəyanatda deyilir: “Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, bir sıra beynəlxalq qurumların dəfələrlə qəbul etdikləri qərar və qətnamələrdə Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu təsdiqlənib. Ermənistan bu torpaqlarda işğalçıdır. Bu vəziyyət vicdanı olan hər kəsin, hətta vicdanı olmayanların belə inkar etməsi mümkün olmayan həqiqətdir.

Avrasiya Yazıçılar Birliyi olaraq otuz ilə yaxındır ki, Azərbaycanın torpaqlarının iyirmi faizini işğal edən, bu zaman kəsiyində çox sayda günahsız insanı qətlə yetirən, şikəst edən, sülh prosesini bütün vasitələrlə əngəlləyən və bu cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan rəhbərliyinin təxribatçı əməllərini ən kəskin şəkildə qınadığımızı bəyan edirik. Türkdilli dövlətləri və icmaları, dünya ictimaiyyətini, xüsusilə də qələmini sülh və ədalət üçün çalışdıran şair və yazıçıları Azərbaycanla həmrəyliyə dəvət edirik. Danışmaq gərək olduğu yerdə susanların sabah söz söyləməyə haqqı olmayacaq.

Uzun illərdən bəri davam edən insanlığa yaraşmayan təcavüzə son vermək üçün beynəlxalq ictimaiyyəti öz vətən torpağını qoruyan Azərbaycan dövlətini dəstəkləməyə dəvət edirik.

Bizim qələmimiz bu haqq mübarizəsini yazacaq, dilimiz bu haqlı mübarizənin mahiyyətini izah etməyə davam edəcək.

Azərbaycan Ordusunun bu gün yürütdüyü mücadilə ədalətin və sülhün mücadiləsidir.

Prezidentdən sıravi vətəndaşına qədər bütün Azərbaycanın tək ürək və tək varlıq olaraq başlatdığı bu mücadiləni bütün qəlbimiz və könlümüzlə dəstəkləyirik”.

Bəyanatda diqqətə çatdırılır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin və dövlətlərinin haqsızlıq qarşısında qardaşcasına və dostyana həmrəyliyini alqışlayır, bütün dünya ictimaiyyətini də bu həmrəyliyə dəstək verməyə dəvət edirik. Zəfər sülhün, zəfər ədalətin olacaqdır!

Bəyanat “Zəfər Azərbaycan Ordusunun olacaqdır!” ifadəsi ilə tamamlanır.

[upload error]

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.