29
Oktyabr

29 Oktyabr

GUAM Ermənistanın Azərbaycan şəhərlərini raket atəşinə tutmasını kəskin şəkildə qınayıb

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə və Tərtər rayonlarının raket atəşinə tutulmasını pisləyən bəyanat yayıb.

GUAM-ın “Twitter” səhifəsində yerləşdirilən bəyanatda çoxsaylı insan tələfatı ilə nəticələnən Ermənistanın raket hücumu kəskin şəkildə qınanılıb.

Bəyanatda deyilir: “Ermənistanın oktyabrın 27-28-də Azərbaycanın Bərdə və Tərtər rayonlarında mülki infrastrukturu raket atəşinə tutmasını qınayırıq. Bu hücumlar cəbhə bölgəsindən uzaqda yerləşən...

29
Oktyabr

29 Oktyabr

TÜRKPA-nın Baş katibi Azərbaycan şəhərlərinə edilən hücumları şiddətlə qınayır

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov erməni silahlı qüvvələri tərəfindən Azərbaycan şəhərləri Bərdə və Tərtərdə mülki şəxslərə qarşı törədilməkdə davam edən qeyri-insani addımları şiddətlə qınayır.

Baş katib bunun insanlıq əleyhinə addım və beynəlxalq humanitar hüququn bütün mövcud normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilə biləcəyini vurğulayır. Bununla əlaqədar olaraq TÜRKPA beynəlxalq hüquq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin...

29
Oktyabr

29 Oktyabr

“Amnesty International” Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqlədi

“Amnesty International” təşkilatı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib.

Təşkilatın bu barədə yaydığı açıqlamada deyilir ki, dünən yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə bir və ya bir neçə “Smerç” raketi atılıb və xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Azərbaycanın Baş Prokurorluğu bildirib ki, nəticədə ən azı 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Qeyd olunur...