29
Oktyabr

29 Oktyabr

Beynəlxalq təşkilatlar

TÜRKPA-nın Baş katibi Azərbaycan şəhərlərinə edilən hücumları şiddətlə qınayır

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov erməni silahlı qüvvələri tərəfindən Azərbaycan şəhərləri Bərdə və Tərtərdə mülki şəxslərə qarşı törədilməkdə davam edən qeyri-insani addımları şiddətlə qınayır.

Baş katib bunun insanlıq əleyhinə addım və beynəlxalq humanitar hüququn bütün mövcud normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilə biləcəyini vurğulayır. Bununla əlaqədar olaraq TÜRKPA beynəlxalq hüquq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında qısa zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.

Baş katib insanların həyatlarını itirmələri ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığını bildirib və yaralananlara şəfa diləyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.