01
Oktyabr

1 Oktyabr

Beynəlxalq təşkilatlar

Beynəlxalq Türk Akademiyasının prezidenti Dağlıq Qarabağla bağlı bəyanat yayıb

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanın işğal olunmuş rayonlarında Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsindən dərin narahatlığını ifadə edib.

Türk Akademiyası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu təsdiqləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələri əsasında, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə çağırıb.

Akademiyanın Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xələl gətirə biləcək hər hansı təxribatçı bəyanatların və hərəkətlərin, həmçinin ATƏT-in Minsk qrupunun dəstəyi ilə aparılan danışıqlar prosesinin yolverilməz olduğunu vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.