02
Oktyabr

2 Oktyabr

Ermənistan silahlı qüvvələri təmas xətti boyunca dinc sakinləri və mülki infrastrukturu məqsədyönlü şəkildə ağır artilleriyadan istifadə etməklə atəşə tutur

Sentyabrın 27-dən etibarən cavab olaraq, Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatlarında döyüş meydanında bir-birinin ardınca acı məğlubiyyətə uğrayan Ermənistan informasiya məkanında da ard-arda cəfəng iddialar ortaya atmaqla, primitiv yollarla Azərbaycanın haqlı mübarizəsinə kölgə salmaq məqsədi güdür. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, mülki əhalisinin təhlükəsizliyinin təmin edilməsi...

02
Oktyabr

2 Oktyabr

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatına dair açıqlama

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktı Ermənistanın son aylar ərzində sərgilədiyi təxribatçı fəaliyyətin, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində...

02
Oktyabr

2 Oktyabr

İraq bölgədəki gərgin vəziyyətdən narahatdır

Oktyabrın 2-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla İraqın Xarici İşlər naziri Fuad Hüsseyn arasında telefon danışığı olub.

Nazir Fuad Hüsseyn bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Ermənistanın bütün cəbhə xətti boyu Azərbaycana qarşı iriçaplı silahlar və artilleriya qurğularından istifadə edərək həyata keçirdiyi yeni təcavüz aktına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks həmlələr həyata...

02
Oktyabr

2 Oktyabr

Mülki şəxsləri və obyektləri hədəfə alan Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozur

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, 2 Oktyabr 2020-ci il tarixində günorta saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Şəmkir rayonunun Sabirkənd kəndi raket atəşinə, Tovuz rayonunun Ağdam kəndi isə artilleriya atəşinə tutulur. Ermənistan silahlı qüvvələri, həmçinin işğal olunmuş ərazilərimizdən Bərdə rayonunun Əmirli və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

Mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan...

02
Oktyabr

2 Oktyabr

Azərbaycanın və Fransanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Oktyabrın 2-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.

Nazir Jan İv Lö Drian bölgədə yaşanan gərginlikdən ciddi narahatlıq ifadə edib. O, gərginliyin aradan qaldırılması və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin açıqlamasına istinad edilib.

Ceyhun Bayramov bu ilin 27...