27
Sentyabr

27 Sentyabr

Xarici İşlər Nazirliyi

Aİ-nin ali nümayəndəsi Ermənistanın hərbi təxribatları barədə məlumatlandırılıb

Sentyabrın 27-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının xarici və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borelin telefon danışığı olub. Telefon danışığı qarşı tərəfin təşəbbüsü əsasında baş tutub.

Telefon danışığı zamanı Aİ rəsmisi Cozef Borel bölgədəki vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistanın bu ilin 27 sentyabr tarixində növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzə əl atdığını və bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirib. Yaranmış vəziyyətə görə məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Aİ rəsmisi Cozef Borel gərginliyin azaldılmasının, həmçinin atəşkəsə nail olunması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.