Zəfərin yolu
Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir. Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib: “Ermənistan çalışır ki, münaqişənin coğrafiyası...
Ermənistanın rəsmi şəxsləri açıq şəkildə müraciət edərək xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edirlər, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib: “Bu gün həm müxtəlif internet resurslarında, həm də sosial...
Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən “Smerç” raketlərindən istifadə edir. Siz Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz.
Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 14-də xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə bildirib.
Prezidentin köməkçisi qeyd...
Qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında görüşlər davam etdirilir. Bu qəbildən olan növbəti görüş oktyabrın 14-də videokonfrans formatında keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti...
Təəssüf ki, beynəlxalq ictimaiyyətin Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı kifayət qədər reaksiyası yoxdur. Siz Gəncədə Ermənistanın beynəlxalq müharibə cinayəti törətdiyinin şahidi oldunuz.
Bu sözləri oktyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə söyləyib.
Elçin Əmirbəyov deyib ki, Azərbaycan...