14
Oktyabr

14 Oktyabr

Prezident Administrasiyası

Elçin Əmirbəyov: Beynəlxalq ictimaiyyətin Ermənistanın müharibə cinayətlərinə qarşı kifayət qədər reaksiyasının olmaması təəssüf doğurur

Təəssüf ki, beynəlxalq ictimaiyyətin Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı kifayət qədər reaksiyası yoxdur. Siz Gəncədə Ermənistanın beynəlxalq müharibə cinayəti törətdiyinin şahidi oldunuz.

Bu sözləri oktyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə söyləyib.

Elçin Əmirbəyov deyib ki, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı addımlar atmağa hazırdır. Ermənistan atəşkəs rejiminə əməl etməli, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişə sülh yolu ilə öz həllini tapacaq. Sülh yolu ilə də olmasa, Azərbaycan hərbi yolla öz ərazisini işğaldan azad edəcək.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.