Müdafiə Nazirliyi
Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür
Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.
Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatı qənimət kimi götürürük.
Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinləri və mülki infrastrukturu hədəfə alır.
Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var: mülki insanlara ziyan vurmadan, ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək.