Zəfərin yolu
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.
Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.
Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurulması ilə bağlı yaydığı məlumatları təkzib edib.
Azərbaycan Ordusuna məxsus PUA-nın cəbhə xəttində guya vurulması barədə Ermənistanın yaydığı məlumat yalandır.
Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən guya raket atəşinə tutulması barədə yaydıqları məlumat yalandır. Bir daha bildiririk ki, Azərbaycan Ordusu mülki əhalini heç vaxt atəşə tutmur.
Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir.
Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun Xankəndidə yerləşən doğum evini atəşə tutması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.
Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.
Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” tipli yaylım atəşli reaktiv sistemləri ilə raket zərbələri nəticəsində mülki əhalimiz arasında xeyli sayda ölənlər və yaralılar var. Azərbaycan Ordusu ilə üzləşməyi bacarmayan qorxaq düşmən bu dəfə də xaincəsinə mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov...