Zəfərin yolu
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan rayonlarının ərazisini atəşə tutmaqda davam edir.
Hazırda düşmən bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək.
Ötən müddət ərzində humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarını, o cümlədən Gorus rayonu istiqamətindən Qubadlı rayonunun ərazilərini raket və artilleriya vasitələrindən atəşə tutub. Cəbhənin əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində hücuma keçməyə cəhd edən düşmən bölmələrinin qarşısı qətiyyətlə alınıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 30-da Hərbi İnformasiya...
Xocalı rayonunun Qarabulaq kəndinin (keçmiş Əsgəran rayonunun Aknaxpyur kəndi) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin xəsarət alması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.
Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır.