08
Oktyabr

8 Oktyabr

ANAMA

Goranboy rayonunda Ermənistan silahlı qüvvələrinin atdıqları 10 ədəd “Smerç” raketi aşkarlanıb

2020-ci il oktyabrın 4-8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qruplarının Goranboy rayonu ərazisində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (Smerç) aşkarlanıb.

Həmin raketlərdən üçünün içərisindən 9M525 bombacıqları aşkarlanıb. Bu bombacıqlar da “Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinfinə daxildir. Həmçinin ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9M525 kaset tipli raketin bombacıqları daşıma konteyneri və paylama borularının da aşkarlanması bu tipli raketlərin istifadəsini tam təsdiqləyir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.