08
Oktyabr

8 Oktyabr

ANAMA

Düşmənin Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf alaraq atdığı "Smerç" raketinin bombacıqlarından 242-si ərazidən daşınıb

Ermənistan silahlı qüvvələrinin regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayon ərazisindən keçən hissəsinə endirdiyi raket zərbəsi “Smerç” reaktiv yaylım atəşi sistemindən həyata keçirilib.

“Smerç” tipli raketin tərkibində olan 300 bombacıq ətrafa səpələnib. Həmin bombacıqlardan 2-si düşərkən partlayıb. Bombacıqlardan 242-si ANAMA tərəfindən daşınıb. Ərazidə qalan 56 ədəd bombacığın daşınması təhlükəli olduğundan yerindəcə zərərsizləşdiriləcək.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.