ANAMA
Düşmənin Bərdə rayonunun Qasımbəyli kəndinə atdığı raketin təsirindən dərin çuxur yaranıb
2020-ci il oktyabrın 8-də Ermənistan silahlı qüvvələri Bərdə şəhərini və rayonun kəndlərini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutub. Bərdə rayonunun Qasımbəyli kəndinə atılan raketin təsirindən dərinliyi 10 metrə çatan çuxur yaranıb. Bundan başqa, raketin təsirindən torpaq hissələrinin geniş əraziyə yayıldığı görünür.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.