Sosial media
27 il sonra doğma evində şəkil çəkdirdi
Hərbçilərimiz Cəbrayıl rayonu istiqamətində uğurlu əks-hücum əməliyyatları gerçəkləşdirən vaxtı sosial mediada maraqlı bir foto yayıldı. İrəliləyən rəşadətli Azərbaycan Ordusuna dair fotoların içərisindən seçilən bu şəkil Cəbrayıl rayonunun işğaldan azad edilmiş Horovlu kəndində çəkilmişdi. Sosial şəbəkələrin trendinə çevrilən fotoda Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonundan olan mayoru Camal Qəmbərov əks olunub. O, 7 yaşında tərk etmək məcburiyyətində qaldığı doğma Horovlu kəndindəki həyətlərində şəkil çəkdirib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.