Sosial media
Maaşı ilə ət alıb əsgərə kabab paylayan müəllim
Vətən müharibəsi zamanı xalq Azərbaycan Ordusuna mənəvi dəstək nümayiş etdirməklə yanaşı maddi dəstəyini də əsirgəmədi. Sosial şəbəkələrdə tez-tez əsgərə sovqat hazırlayıb göndərən, şirniyyatlar bişirən, öz təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürənlərlə bağlı paylaşımlara rast gəlinirdi.
Belə məşhur paylaşımlardan biri də yol kənarında manqal qoyub buradan keçən hərbi maşınlar üçün kabab bişirən vətəndaşın fotosu oldu. Məlum fotolar qısa zamanda sosial mediada trendə çevrildi. İddia olunurdu ki, səbəbkar müəllimdir və o öz maaşı ilə ət alıb, yolun kənarında manqal qoyaraq, şagirdləri ilə birlikdə kabab çəkir. Onlar cəbhəyə yollanan hərbi maşınları saxlayıb, əsgərlərimiz üçün çörəyin arasında isti kabab göndərirdilər.