Zəfərin yolu
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə Azərbaycan Respublikasında yaşayan etnik icma rəhbərlərinin imzaladığı bəyanat daxil olub. Bəyanatın mətnini təqdim edirik.
Bu ilin 27 sentyabr tarixində Ermənistan növbəti hərbi təcavüzə əl ataraq, atəşkəs rejimini kobud şəkildə pozub, təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdur. Azərbaycanın cavab həmlələri nəticəsində ciddi tələfat verən düşmən növbəti siyasi-ideoloji təxribata...
Sentyabrın 28-də ölkəmizin İstanbuldakı Baş Konsulluğunun qarşısında “Səninləyik Azərbaycan, səninləyik Qarabağ!” şüarı ilə Azərbaycana dəstək mitinqi keçirilib.
Tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.
Aksiyada İSTAD-ın sədri Səfər Qaraqoyunlu media üçün açıqlamanı oxuyub.
Açıqlamada deyilir: “İyirmi səkkiz ildir haqsız yerə işğal edilən torpaqlarımızın azadlığı bütün türk millətini həyəcanlandırdı. Vətənin işğaldan azad edilməsi uğrunda şəhid olan qardaşlarımıza rəhmət, yaralılarımızın tezliklə sağalmalarını diləyirik. Azərbaycan torpaqlarını...
Gürcüstanda yaşayan soydaşlarımız sentyabrın 28-də Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər.
Aksiya Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında başlayıb.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Aksiyada çıxış edənlər Azərbaycan Ordusunun qələbəsindən danışıb, erməni işğalı altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini bildiriblər.
Çıxışlarda vurğulanıb ki, Gürcüstanda yaşayan soydaşlarımız, xüsusən də gənclərimiz bu ağır və çətin, həm də şərəfli bir gündə Azərbaycan Prezidentinin ətrafında sıx...