Orduya dəstək
Təqaüdünü Orduya bağışlayan qadın: “O əsgər balalara canım da qurban”
Azərbaycanlı qadın öz təqaüdünün bir hissəsini Silahli Qüvvələrə Yardım Fonduna köçürüb. 70-dən çox yaşı olan Narxanım Məmmədovanın bu addımı hər kəsi duyğulandırıb.
Ağbirçək qadın özünün iki övladının birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu və lazım gəlsə, onların yenidən cəbhəyə gedə biləcəyini vurğulayıb:
“Mən pensiyamı aldım, krediti filan keçirdikdən sonra 30 manat pulum qaldı, onu da özümə kəfən pulu götürmüşdüm. Bunu Müdafiə Fonduna keçirməyə gəlmişəm, əsgər balalarıma göndərirəm. Hələ 1992-ci ildə olan Qarabağ müharibəsinə 2 böyük oğlum gedib. Orda vuruşub gəliblər. İndi də deyirlər ki, lazım olsa, yenə gedərik. Mən də bu pulu əsgər balalarıma göndərirəm, kəfən pulumdu. Cavanlarımız, balalarımız, əsgərimiz, İlham Əliyevimiz sağolsun. Vallah, o əsgər balalara canım da qurban”.