24
Oktyabr

24 Oktyabr

Orduya dəstək

ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir

ABŞ-ın Yuta Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Salt Lake şəhərində Ermənistanın işğalçı və təcavüzkar siyasətinə etiraz olaraq avtoyürüş və Azərbaycana dəstək aksiyası təşkil edilib.

Diaspora Komitəsindən bildiriblər ki, üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin Ermənistan tərəfindən ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər.

Avtoyürüşdən sonra Yutanın Kapitol binası qarşısında keçirilən tədbirdə azərbaycanlılarla yanaşı, türk, iraq, ərəb və özbək icmasının nümayəndələri iştirak edib.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır”, “Erməni yalanlarına son qoyun”, “Gəncə üçün ədalət”, “Uşaqları öldürməyin”, “Mülki şəxslər toxunulmazdır”, “Erməni terrorçuluğuna son qoyun”, “Biz terrora yox deyirik” kimi şüarlar səsləndiriblər.

Tədbirdə çıxış edən Yuta Dövlət Universitetinin professoru Chuck Tripp işğal altında olan torpaqlarının azad edilməsi uğrunda Azərbaycanın apardığı haqlı mübarizəsini dəstəklədiyini bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.