18
Oktyabr

18 Oktyabr

Orduya dəstək

Rəşadətli Azərbaycan ordusunun xilaskarlıq missiyasına dəstək məqsədilə Berlində kütləvi nümayiş keçirilib

Bu gün Almaniyadakı Azərbaycan icması erməni təcavüzünə və Azərbaycanın dinc sakinlərinin atəşə tutulmasına etiraz və rəşadətli Azərbaycan ordusunun xilaskarlıq missiyasına dəstək əlaməti olaraq Berlində irimiqyaslı nümayiş keçirib.

Günorta saatlarında Aleksanderplats meydanında başlayan aksiyada nümayişçilər Unter-den-Lindendən irəliləyərək Brandenburq qapıları qarşısında böyük mitinq keçiriblər.

Nümayişdə təqribən 2 min nəfər iştirak edib. Dörd saat davam edən aksiya boyu iştirakçılar “Erməni təcavüzünü dayandırın!”, “Erməni ordusu, Dağlıq Qarabağdan rədd ol!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndiriblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.