19
Oktyabr

19 Oktyabr

“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi də böyük coşqu ilə davam edir. Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır....

19
Oktyabr

19 Oktyabr

Helsinkidə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib

Helsinkinin mərkəzi “Oodi” kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.

Finlandiya Azərbaycanlılarının Koordinatoru və Azərbaycan-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.

Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ülviyyə Cabbarova tədbirdə Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Ermənistan rəhbərliyinin təxribatçı addımlarından, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə...

19
Oktyabr

19 Oktyabr

BMT-nin baş qərargahının binası qarşısında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı etiraz aksiyası keçirilib

ABŞ-ın Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahının binası qarşısında Ermənistanın Azərbaycana qarşı təcavüzü, Yerevanın işğalçı siyasəti və Gəncə hadisələri ilə bağlı etiraz və Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə keçirilən aksiyada Nyu-York, Nyu-Cersi, Massaçusets, Meyn ştatlarının və Vaşinqton şəhərinin Azərbaycan və Türk icmalarının üzvləri iştirak ediblər.

Aksiya zamanı icma...

19
Oktyabr

19 Oktyabr

Türkiyə ictimaiyyəti Azərbaycana dəstək aksiyalarını davam etdirir

Türkiyədəki siyasi partiyaların Kocaeli şəhərində fəaliyyət göstərən yerli təşkilatları və QHT-lər növbəti dəfə Azərbaycan dəstək bəyanatı yayıblar.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündarın imzası ilə yayılan bəyanatda Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti və mövcud hərbi hücumları kəskin şəkildə qınanılır. Bildirilir ki, Xocalı soyqırımı başda olmaqla, Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün cinayətlər beynəlxalq hüquqa təhdid, insanlığa...

19
Oktyabr

19 Oktyabr

Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” layihəsini həyata keçirəcək

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

vətənpərvərlik istiqamətində maarifləndirmə işlərinin daha da genişləndirilməsi üçün “Tariximizin şanlı səhifələri” layihəsinin icrasına başlayır.

Respublika Veteranlar Təşkilatından bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə əslən başqa millətdən olan, Böyük Vətən və Qarabağ müharibələrində qəhrəmanlıq və şücaət göstərmiş oğul və qızlarımızın əziz xatirəsinə...

19
Oktyabr

19 Oktyabr

Yeni DASTAN yazan ordumuza “Gazelli Group”dan özünəməxsus dəstək

“Gazelli Group” Holdingin “Ordumuz DASTAN yazır!” adlı vətənpərvərlik aksiyası sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Şirkətdən bildirilib ki, “Gazelli Group”un müxtəlif strukturlarında çalışan əməkdaşları Azərbaycan əsgərinə sevgisini, ehtiramını və inamını çox fərqli üsulla çatdırıblar. Bununla yanaşı, holding tərəfindən Azərbaycan ordusuna dəstək məqsədilə əsgərlərimizə faydalı ola biləcək əşyalarla dolu 2000 ədəd çanta göndərilib. Bildirilib ki, “Gazelli Group” dövlətimizin, ordumuzun yanındadır.

“Biz əminik ki,...

19
Oktyabr

19 Oktyabr

Təbliğat və təşviqat işləri davam edir

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müraciətləri, təbrikləri eləcə də ordumuzun uğurları barədə məlumatlar operativ şəkildə döyüşlərdə iştirak edən şəxsi heyətə çatdırılır. Cəbhədə rəşadət göstərən hərbi qulluqçularımızı təbliğ edərək ruh yüksəkliyinin artırılması...