16
Oktyabr

16 Oktyabr

Orduya dəstək

Böyük Britaniyadakı soydaşlarımız “Amnesty İnternational” təşkilatının ofisinin qarşısında aksiya keçiriblər

Böyük Britaniyada yaşayan həmvətənlərimiz Londonda yerləşən “Amnesty İnternational” təşkilatının (Beynəlxalq İnsan Hüquqları) ofisinin qarşısında aksiya keçiriblər.

Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribata beynəlxalq təşkilatların münasibət bildirmələrini tələb ediblər. Soydaşlarımız təşkilata yolladıqları məktublara cavab verilməsini tələb ediblər.

Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktlar əks olunub.

Aksiyada çıxış edən Şahin Vəlisoy deyib: “Ermənilərin azərbaycanlılara qarşı təxribatları bizi məhv edə bilməz. Dünyanın hansı hissəsində yaşamağımızdan asılı olmayaraq, biz buna imkan verməyəcəyik. Yaşadıqlarımızı unutmayacağıq və işğalçını birlikdə dayandıracağıq. Bizim üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda dalğalanacaq”.

Aksiya iştirakçıları “Yaşasın Azərbaycan!”, “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün ədalət!”, “Biz sülh istəyirik, biz ədalət istəyirik!”, “Ermənilər Azərbaycan torpağını tərk etsinlər!” kimi şüarlar səsləndirib, Ermənistanın təcavüzünə son qoyulmasına çağırış ediblər.

Vətəndaşlarımızın haqlı çağırışlarını görən “Amnesty İnternational” təşkilatının üzvləri onların tələblərini dinləyiblər.

Aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.