Könüllülük
Könüllülər Ağcabədidə müharibədən zərər çəkən uşaqları sevindiriblər
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin Gənc Könüllüləri və ASAN Könüllüləri #Birlikdəstək (Birlikdə dəstək) aksiyası çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə edilən hücumlardan insanları qorumaq üçün yaradılan sığınacaqları ziyarət ediblər.
Könüllülər sığınacaqları ziyarət zamanı oradakı uşaqlarla görüşüb, onların müharibə vəziyyəti ilə əlaqədar olaraq keçirdiyi psixoloji gərginliyi aradan qaldırmağa çalışıblar. Həmçinin uşaqlara boyama kitabçaları və rəngli karandaşlar hədiyyə edilib, onlarla əyləncəli vaxt keçiriblər.
Qeyd edək ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə keçirilən aksiyada məqsəd düşmən hücumlarından zərər çəkən vətəndaşlarımıza həm mənəvi, həm də maddi dəstək olmaqdır.