Zəfərin yolu
Şanlı Ordumuz Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir. İndiyədək bir sıra ərazilərimiz işğaldan azad edilib. Ciddi itkilər verən, döyüş meydanında uduzan və panikaya düşən ermənilər informasiya məkanında təxribatlara əl atmağa başlayıblar.
Belə ki, son günlər ermənilər sosial şəbəkələrdə müxtəlif adlarla saxta profil və saytlar açaraq Azərbaycanla bağlı dezinformasiyalar yayır, bununla insanlar arasında çaşqınlıq yaratmağa çalışırlar.
Erməni xüsusi xidmət orqanlarının ölkəmizə qarşı təxribatlarını əks etdirən...
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektləri vurması barədə yalan təbliğatı ilə bağlı məlumat yayıb.
Müdafiə Nazirliyindən bildirilib: “Ermənistan tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır. Düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib”.
Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan tərəfi yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotsuz uçuş aparatlarının (PUA) vurulması və bu tipli digər feyk xəbərlər, müxtəlif dezinformasiyalar yayır. Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb və Azərbaycanın zərbə PUA-ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir.
Müdafiə...
Ermənilərin "yalan maşın"ı kimi ad çıxarmış Müdafiə Nazirliyinin təmsilçisi Artsrun Ovannisyan informasiya savaşında verdiyi bəyanatın "barıt"ını bir qədər çox etdi. O, Cəbrayılın azad edilməsi məlumatının doğru olmaması barədə bəyanat yaydı.
Nəinki Artsrun, Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan, keçmiş qondarma rejimin- “Artsax prezidenti”nin “mətbuat katibi” Vaqram Poqosyan da Suqovuşanın və Cəbrayılın azad olunması barədə Azərbaycan tərəfinin yaydığı məlumatın “feyk-xəbər” olduğunu bildirdilər. Əslində isə özləri ən...