04
Oktyabr

4 Oktyabr

İnformasiya müharibəsi

Ermənistan Azərbaycana məxsus təyyarələrin, PUA-ların vurulması ilə bağlı dezinformasiyalar yayır

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan tərəfi yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotsuz uçuş aparatlarının (PUA) vurulması və bu tipli digər feyk xəbərlər, müxtəlif dezinformasiyalar yayır. Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb və Azərbaycanın zərbə PUA-ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 4-də keçirilən brifinqdə deyib.

A.Eyvazov bildirib ki, hazırda cəbhədə vəziyyət gərgin olaraq qalır. Düşmənin aktivliyinin qarşısı ordumuz tərəfindən alınır və ona ağır zərbələr endirilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.