İnformasiya müharibəsi
Cəbrayılın azadlığı: İrəvanın "yalan maşın"ı yenə ifşa edildi
Ermənilərin "yalan maşın"ı kimi ad çıxarmış Müdafiə Nazirliyinin təmsilçisi Artsrun Ovannisyan informasiya savaşında verdiyi bəyanatın "barıt"ını bir qədər çox etdi. O, Cəbrayılın azad edilməsi məlumatının doğru olmaması barədə bəyanat yaydı.
Nəinki Artsrun, Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan, keçmiş qondarma rejimin- “Artsax prezidenti”nin “mətbuat katibi” Vaqram Poqosyan da Suqovuşanın və Cəbrayılın azad olunması barədə Azərbaycan tərəfinin yaydığı məlumatın “feyk-xəbər” olduğunu bildirdilər. Əslində isə özləri ən yüksək səviyyədə "feyk-xəbər" yaymış oldular.
Müharibənin 8-ci günündə Azərbaycanın Suqovuşan və Cəbrayılın azad olunması barədə əsl həqiqəti əks etdirən xəbər və görüntülər yayması Ermənistanın “rəsmi” qaydada verdiyi təkziblərin sonda ifşası ilə nəticələndi. Bu isə İrəvanın informasiya müharibəsi müstəvisində növbəti iflasının göstəricisidir.