03
Oktyabr

3 Oktyabr

Gürcüstan aparıcı “report.ge”, “interpressnews.ge”, “dalgate.ge” informasiya portalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədən silsilə materiallar yayıb.

Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin çıxışından ayrı-ayrı məqamlar oxucuların diqqətinə çatdırılır.

Azərbaycan Prezidentinin çıxışına istinadən yayılan materiallarda deyilir ki, ilk növbədə ermənilər Dağlıq Qarabağın Ermənistanın olmadığını bəyan etməlidirlər.

Bundan başqa, münaqişənin həlli ilə bağlı sülh danışıqları birtərəfli qaydada aparıla...

03
Oktyabr

3 Oktyabr

Özbəkistanın orol24.uzqalampir.uz portalları Ermənistanın son təxribatları ilə bağlı məqalələr çap edib.

Orol24.uz portalı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşməsi ilə bağlı məqalədə dövlət başçısının fikirlərinə geniş yer verib.

Prezident bildirib ki, döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

03
Oktyabr

3 Oktyabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə yayılmaqdadır.

Qardaş ölkənin aparıcı KİV-ləri Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə fikirlərini və təcavüzkar tərəfə sərt mesajlarını Türkiyə ictimaiyyətinə çatdırıb. Bildirilib ki, Azərbaycanın dövlət başçısı proses barədə müfəssəl məlumat verərək deyib: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım...