03
Oktyabr

3 Oktyabr

Media

Özbəkistanın orol24.uzqalampir.uz portalları Ermənistanın son təxribatları ilə bağlı məqalələr çap edib.

Orol24.uz portalı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşməsi ilə bağlı məqalədə dövlət başçısının fikirlərinə geniş yer verib.

Prezident bildirib ki, döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

Dövlət başçısı görüşdə deyib: “Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq”.

Portalda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranması, Qarabağın tarixi haqqında da məlumat verilir.

İnterpress.uz portalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki obyektlərinə və dinc əhaliyə hücumunu önə çəkir. Bildirilir ki, mülki şəxslərin atəşə tutulması nəticəsində 16 dinc sakin həlak olub, 55 nəfər yaralanıb, 163 ev, 36 mülki obyekt dağılıb.

Materialda Ermənistanın Dağlıq Qarabağdan kənarda işğal etdiyi daha 7 rayon haqqında məlumat verilir. Bildirilir ki, ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnamə qəbul edib. Bununla belə, Azərbaycan torpaqları hələ də işğal altındadır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.