15
Oktyabr

15 Oktyabr

Gürcüstan portalları Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsindən bəzi fikirlərini dərc edib.

İnterpressnews.ge, report.ge, 24news.ge, aktual.ge və digər portallar Azərbaycan, rus, ingilis və gürcü dillərində Prezident İlham Əliyevin Ermənistanın son hərbi təxribatları, atəşkəsi kobud şəkildə pozması, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrindən fərqli olaraq mülki obyektləri atəşə tutmaması, eləcə də ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olması ilə bağlı fikirlərini oxucuların diqqətinə çatdırıb.

15
Oktyabr

15 Oktyabr

Misirin “Egyptonline” informasiya portal Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsindən sitatlar yayıb.

Dövlətimizin başçısının rəsmi Yerevanın çirkin avantürist siyasəti nəticəsində işğalçı ölkənin ordusunun dağılması, ağır iqtisadi və sosial böhran keçirən Ermənistanın məğlubiyyətə uğraması, çarəsizlikdən mülki obyektləri və dinc əhalini hədəfə alması barədə fikirləri Misir ictimaiyyətinə çatdırılıb.

Xəbərdə vurğulanıb ki, Azərbaycan Prezidenti cəmi 1,5 milyard dollar valyuta ehtiyatına malik və 8 milyard dollar xarici borcu olan...

15
Oktyabr

15 Oktyabr

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı məqalələr dərc edib.

“RBK-Ukrayna” informasiya agentliyində, “QORDON” nəşrində dərc edilən məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünün rəsmi “Twitter” səhifəsinə istinadla yazıblar: “Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun...