Media
Misirin “Egyptonline” informasiya portal Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsindən sitatlar yayıb.
Dövlətimizin başçısının rəsmi Yerevanın çirkin avantürist siyasəti nəticəsində işğalçı ölkənin ordusunun dağılması, ağır iqtisadi və sosial böhran keçirən Ermənistanın məğlubiyyətə uğraması, çarəsizlikdən mülki obyektləri və dinc əhalini hədəfə alması barədə fikirləri Misir ictimaiyyətinə çatdırılıb.
Xəbərdə vurğulanıb ki, Azərbaycan Prezidenti cəmi 1,5 milyard dollar valyuta ehtiyatına malik və 8 milyard dollar xarici borcu olan Ermənistanın artıq bir dövlət kimi iflasa uğradığını, müharibənin davam edəcəyi təqdirdə bütün ordusunun məhv ediləcəyini bildirib.