15
Oktyabr

15 Oktyabr

Media

Gürcüstan portalları Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsindən bəzi fikirlərini dərc edib.

İnterpressnews.ge, report.ge, 24news.ge, aktual.ge və digər portallar Azərbaycan, rus, ingilis və gürcü dillərində Prezident İlham Əliyevin Ermənistanın son hərbi təxribatları, atəşkəsi kobud şəkildə pozması, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrindən fərqli olaraq mülki obyektləri atəşə tutmaması, eləcə də ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olması ilə bağlı fikirlərini oxucuların diqqətinə çatdırıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.