
Zəfərin yolu
Gürcüstanın populyar informasiya resursları Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın RBK telekanalına müsahibəsinə və dövlətimizin başçısının rəsmi “Twitter” hesabında Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı fikirlərini işıqlandırıb.
“Report.ge”, “sputnik-georgia.ru”, “24news.ge”, “interpressnews.ge” və digər informasiya resurslarında sayılan məlumatlarda Azərbaycan Prezidentinin fikirləri rus, ingilis və gürcü dillərində oxucuların diqqətinə çatdırılıb.
Xəbərlərdə Prezident İlham Əliyevə istinadla vurğulanır ki, Rusiya Qarabağın Azərbaycan torpaqları olmasını Ermənistana başa salmalıdır. Rusiya Ermənistanı inandırmalıdır...
Misirin “Almasryalyoum” informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi “Twitter” hesabında Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı paylaşdığı fikirlərinə geniş yer ayırıb.
Portalın yaydığı xəbərdə Prezident İlham Əliyevə istinadla vurğulanır ki, Rusiya Qarabağın Azərbaycan torpaqları olmasını Ermənistana başa salmalıdır. Rusiya Ermənistanı inandırmalıdır ki, vəziyyətdən yeganə çıxış və xilas yolu yalnız Qarabağdan çıxmaqdadır.
Həmçinin vurğulanıb ki, Ermənistanın Gəncə şəhərinə raket hücumunu müharibə cinayəti, erməni faşizminin daha bir təzahürü adlandıran Prezident...