12
Oktyabr

12 Oktyabr

Media

Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsindən materiallar yayıb.

Report.ge, pia.ge, 24news.ge, interpressnews.ge və digər portallarda materiallar oxuculara Azərbaycan, rus, gürcüingilis dillərində çatdırılır.

Azərbaycan Prezidentinin fikirlərinə istinadla verilən xəbərlərdə Azərbaycan Ordusunun daha bir neçə yaşayış məntəqəsinin erməni işğalından azad olunduğu, Türkiyənin ATƏT-in Minsk qrupuna üzv olmasının vacibliyi, Gəncə şəhərinin raket atəşinə tutulması barədə əmrin şəxsən Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən verildiyi və sair məsələlər əksini tapıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.