11
October

11 Oktyabr

Media

Gürcüstanın populyar informasiya resursları Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın RBK telekanalına müsahibəsinə və dövlətimizin başçısının rəsmi “Twitter” hesabında Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı fikirlərini işıqlandırıb.

Report.ge”, “sputnik-georgia.ru”, “24news.ge”, “interpressnews.ge” və digər informasiya resurslarında sayılan məlumatlarda Azərbaycan Prezidentinin fikirləri rus, ingilis və gürcü dillərində oxucuların diqqətinə çatdırılıb.

Xəbərlərdə Prezident İlham Əliyevə istinadla vurğulanır ki, Rusiya Qarabağın Azərbaycan torpaqları olmasını Ermənistana başa salmalıdır. Rusiya Ermənistanı inandırmalıdır ki, vəziyyətdən yeganə çıxış və xilas yolu yalnız Qarabağdan çıxmaqdadır.

Gürcüstan saytları, həmçinin Ermənistanın törətdiyi cinayətlərə Azərbaycanın layiqli cavab verdiyini də oxucuların diqqətinə çatdırıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.