11
October

11 Oktyabr

Media

Misirin “Almasryalyoum” informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi “Twitter” hesabında Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı paylaşdığı fikirlərinə geniş yer ayırıb.

Portalın yaydığı xəbərdə Prezident İlham Əliyevə istinadla vurğulanır ki, Rusiya Qarabağın Azərbaycan torpaqları olmasını Ermənistana başa salmalıdır. Rusiya Ermənistanı inandırmalıdır ki, vəziyyətdən yeganə çıxış və xilas yolu yalnız Qarabağdan çıxmaqdadır.

Həmçinin vurğulanıb ki, Ermənistanın Gəncə şəhərinə raket hücumunu müharibə cinayəti, erməni faşizminin daha bir təzahürü adlandıran Prezident İlham Əliyev Azərbaycanın bu cinayətə layiqli cavab verdiyini deyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.