15
Oktyabr

15 Oktyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıblar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndəriblər.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Biz hazırda Azərbaycandakı vəziyyəti böyük narahatlıqla izləyirik. Tarixi və mühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur.

Biz kənar qüvvənin beynəlxalq hüququ kobud şəkildə pozaraq ölkənizin ərazisini işğal etməsi və beynəlxalq təşkilatların buna lazımi reaksiya göstərməməsi...

15
Oktyabr

15 Oktyabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Yeni döyüşlər və açıq silahlı hücum haqqında xəbəri böyük narahatlıqla oxudum. Dinc əhali arasında həlak olanlar, yaşayış evləri, xəstəxanalar və məktəblər də daxil olmaqla, bir çox ictimai binaların dağılması haqqında xəbərlər məni dərindən kədərləndirdi. Mən dinc əhaliyə qarşı güc tətbiqini şiddətlə...

15
Oktyabr

15 Oktyabr

Ekmələddin İhsanoğlu Azərbaycan Prezidentinə məktub ünvanlayıb

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Ermənistanın Azərbaycanın Gəncə şəhərində və digər rayonlarında mülki insanlara qarşı həyata keçirdiyi mənfur hücumları dərin kədər və narahatlıq hissi ilə izləyirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi beynəlxalq və humanitar hüququn belə aşkar və qeyri-legitim şəkildə pozulması məni çox...

15
Oktyabr

15 Oktyabr

XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları Azərbaycan Prezidentinə məktub göndərib

XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Biz - XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları Dağlıq Qarabağda baş verən hadisələri narahatlıqla izləyirik.

Azərbaycan ərazisi olan Dağlıq Qarabağın işğalı cinayətdir, qanunsuzluqdur, zülmdür. İşğalçı Ermənistan müharibə cinayəti, bəşəriyyətə qarşı cinayət törətməkdədir. Ermənistanın dünyanın gözü qarşısında beynəlxalq hüququ pozaraq müharibə və...

15
Oktyabr

15 Oktyabr

Türkiyənin keçmiş Xarici İşlər naziri Prezident İlham Əliyevə məktub göndərib

Türkiyənin 39-cu Xarici İşlər naziri 2002-2011-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakış Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasına gətirib çıxaran son hadisələri həyəcanla izləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi mülki şəxslərin...