15
Oktyabr

15 Oktyabr

Diplomatik təmaslar

Türkiyənin keçmiş Xarici İşlər naziri Prezident İlham Əliyevə məktub göndərib

Türkiyənin 39-cu Xarici İşlər naziri 2002-2011-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakış Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasına gətirib çıxaran son hadisələri həyəcanla izləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi mülki şəxslərin həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaranmış vəziyyətlə bağlı narahatlığımı ifadə edirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal yerinə yetirilməsi müzakirə mövzusu ola bilməz.

Həmsədrlərimiz ölkənizə güclü dəstək ifadə edən bəyanat qəbul ediblər. Həmin sənəd baş katibimiz tərəfindən bütün üzvlərə və tərəfdaşlarımıza göndərilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olaraq Mərkəzin təşkil etdiyi beynəlxalq müzakirələrdə öz təcrübəmizdən istifadə edirik.

Məhz belə vəziyyətlərdə bütün səviyyələrdə dialoqun aparılmasına ehtiyac var. Bu işdə Sizə dəstək verməyə hazırıq.

Cənab Prezident, üzüntülərimlə yanaşı, Sizə olan ən yüksək hörmət və ehtiramımı da qəbul etməyinizi rica edirəm.

Hörmətlə,

Yaşar Yakış

Türkiyənin 39-cu Xarici İşlər naziri

2002-2011-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.